“Regionlarda ilansancma səbəbindən ölüm halları baş verib” — Azər Maqsudov

SOSİAL 19 iyl 2022, 22:38
“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aprel ayında 7 nəfər, may ayında 16 nəfər, iyun ayında isə 21 nəfər ilan zəhəri ilə, xüsusilə də, gürzə ilanının zəhəri ilə təcili tibbi yardım briqadaları vasitəsilə xəstə gətirilmişdir. Bu ay da 20-dən çox müraciət olub.”

Bunu Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Demokrat.az saytına müsahibəsində söyləyib. 

“Əsas şikayətlər ondan ibarət olur ki, bu ilan yuxarı, yaxud aşağı ətraflardan dişləyir, dişləyəndən sonra həmin yer qızarır, şişir və bu şiş getdikcə qalxa bilər. Aşağı ətrafdan- pəncədən dişləyəndə döş qəfəsini tutmaqla yuxarıya- boğaza qədər qalxır. Əsas şərt həkim nəzarətidir, həkimə tez çatdırmaqdır. Həkimin nəzarəti altında müalicə tədbirləri görülməlidir, ilan zəhərinə qarşı zərdab vurulmalıdır. Bizim Toksikoloji Mərkəzində bu səbəblə ölüm hadisəsi olmayıb, ancaq məlumat var ki, həkimlərin səyinə baxmayaraq, regionlarda ölüm hadisələri olub. Havalar isti keçir, tövsiyyəmiz ondan ibarətdir ki, istirahət üçün yer, məkan seçəndə çay kənarı, meşəlik yerlərdə insanlar diqqətli olmalıdır.”
Həkim zəhərli ilanları zəhərsizlərdən ayırd edəcək əlamətləri açıqladı. 

“Zəhərli ilanlar zəhərsiz ilanlardan rəngləri və ölçülərinə görə fərqlənirlər. Gürzə ilanı boz rəngdə olur, baş bədənindən bir az uzunsov olur. Dişləyəndən sonra tez bir vaxtda söylədiyim tədbirlər görülməzsə, gürzə ilanı neyrotoksit təsirə malik olduğundan ölümlə nəticələnə bilər.”
Bəs ətrafımızda, yaxımızda ilan sancmış insan olarsa, ona ilkin yardımı necə edə bilərik?

“İlan sancmış yeri mütləq yod məhlulu ilə işləmək lazımdır. Nə kəsmək, nə müdaxilə etmək, zəhəri sovurmaq və ya da nəsə vurmaq olmaz.”

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top