General Həzi Aslanova ağır itki üz verib

SOSİAL 19 iyl 2022, 14:36
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanova ağır itki üz verib.

Demokrat.az
xəbər verir ki, generalın anası Aslanova İffət Mütəllim qızı vəfat edib. 77 yaşlı İffət Aslanova uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib. Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova isə onun gəlini olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top