Podolyak: "Qərbdəki daxili siyasi mübarizə Ukraynaya silah tədarükünə təsir etməməlidir"

DÜNYA 17 iyl 2022, 08:46
“Qərb ölkələrindəki daxili siyasi mübarizə Ukraynaya silah tədarükünə təsir etməməlidir”.

Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” hesabında yazıb.

“Qərb ölkələrində ənənəvi daxili siyasi mübarizə xeyirlə şər arasında davam edən fundamental mübarizəyə təsir etməməlidir. Xüsusilə, Ukraynaya silah tədarükü məsələsində”, - deyə Mixail Podolyak vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İtaliyanın xarici işlər naziri Luidji di Mayo demişdi ki, baş nazir Mario Draqinin mümkün istefası nəticəsində yaranan siyasi böhran Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə kömək etməyə imkan verməyə bilər. 

Xüsusilə, o, İtaliyanın Ukraynaya silah tədarükü ilə bağlı problemlərin yarana biləcəyini istisna etməmişdi.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top