“Azərxalça” ASC-yə yeni sədr müavini təyin olundu

SOSİAL 15 iyl 2022, 17:22
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  13.07.2022  tarixli  3360 Sərəncamı ilə Emin Əfəndiyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. 

Bu barədə Demokrat.az-a "Azərxalça" ASC-dən məlumat verilib. 

Emin Əfəndiyev 1992- ci ildə  Material Ehtiyatları Nazirliyi, «Azərtikinti Materialları» İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək   mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib. 

1996-2004-cü illər ərzində  «Rossiyskiy Kredit» BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində  çalışıb.

2004-2009-cu illərdə «AZAL» SKB (2008-ci ildə adını dəyişdirilərək «Silk Way» SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının  müdiri vəzifəsində işləyib.

2015-2018-ci illərdə «MBA-Moskva» Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.

2018-2021-ci illərdə “Azərpoçt” MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən “Azərxalça” ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Leyla
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top