Deputat: “Polad Həşimov və İlqar Mirzəyev Azərbaycan xalqının qəhrəmanlıq nümunələrini göstərdilər”

GÜNDƏM 14 iyl 2022, 11:13
Bu gün Azərbaycanın Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhadətə ucalmasından iki il ötür. 2020-ci il iyulun 12-16-da Milli Məclisin deputatı Aydın Mirzəzadə onların qəhərmanlıqları barədə Demokrat.az-a danışıb:

“Polad Həşimov və İlqar Mirzəyev Azərbaycan xalqının qəhrəmanlıq nümunələrini göstərdilər. Bir daha sübut etdilər ki, Azərbaycan xalqı öz torpağı, öz dövləti üçün canından belə keçməyə hazırdır. Və generalın səngərdə şəhid olması bu ordunun gücünü, xalqın qətiyyətini, cəmiyyətin inamı göstərir. Eyni zamanda, onunla yanaşı digər zabitlərin də həlak olması istənilən anda Azərbaycan hərbiçilərinin kamanda ilə birlikdə döyüşə getdiklərini, ölümün gözünün içinə dik baxdıqlarını göstərdi. Onlar bir simvola çevrildilər, onlar gənclər üçün bir nümunəyə çevrildilər. Heç də təsadüfi deyil ki, bu gün Polad Həşimov və İlqar Mizəyev haqqında hər bir azərbaycanlının, hər bir gəncin məlumatı var. Onlar bizim şərəfli tariximizdir, onlar bizim kimliyimizi göstərən nümunələrdir. Dövlət başçımız tərəfindən onlara Milli Qəhrəman yüksək adının verilməsi də bir daha onların qəhrəmanlıqlarını göstərdi. Nə qədər ki, Azərbaycan xalqı var bu iki şəxsin, eləcə də hər bir şəhidin adı həmişə yaddaşlarımızda, əziz xatirələrimizdə qalacaq”.
Xatırladaq  ki, Polad Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. 
 
Həmin an onunla birgə olan polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olublar. 
 
General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 
 
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Polad Həşimova və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib. 

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top