Bəzi işçilər qızmar günəş altında işləyirlər — VİDEO

SOSİAL 12 iyl 2022, 15:00
40 dərəcəyə yaxın istidə bir damla su belə olmadan işləyirlər. Başlarına gün vurur, bir tərəfdən də tozla nəfəs alırlar. Bu istidə ağızlarını da bağlamağa məcburdurlar...

Mövsümlə əlaqədar günorta saatlarında əksər insanlar açıq havaya çıxmaqdan yayınmağa çalışırlar. Bəziləri isə günün günorta çağı qızmar günəş altında işləyirlər. Həm də fasiləsiz və susuz.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt küçələrində fəaliyyət göstərən təmizlik xidmətçiləri də onlardandır.

İstirahət vaxtlarının 3 saata yaxın olduğunu desələr də, işlərini vaxtında bitirmək üçün dayanmadan işləyirlər.

Belə olan halda günvurma qaçılmazdır. Yalnız açıq havada işləyənlər deyil, qızmar günəş altında gəzənlər və ya dənizdə günəşlənənlər də günvurma riski ilə üz-üzədirlər.

Bu məsələdə işəgötürənin üzərinə bir çox məsuliyyət düşür. İşçilərin həyatı üçün risk yaradan amil olmamalıdır. Təhlükəli hava şəraiti də bu risk qrupuna daxildir.

Qeyd edək ki, qarşıdakı günlərdə də ölkədə havanın isti olacağı gözlənilir. Bəzi yerlərdə temperatur 42 dərəcəyə qədər yüksələcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top