Sindzo Abe vəfat etdi — YENİLƏNİB

DÜNYA 08 iyl 2022, 13:00
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.

***12:28

Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.


Onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi danışıb.

Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.

Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.

***10:17

Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.


Ölkənin hazırkı hökumət başçısı Fumio Kişida bildirib ki, S.Abenin durumu ağırdır.

***09:27

Yaponiyanın silahlı hücüma məruz qalan sabiq baş naziri Sindzo Abe vəfat edib. 


Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb. 
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top