Hadisə

Bakıda 7 yaşlı qız nənəsinin gözləri qarşısında dənizdə boğuldu

Bakıda 7 yaşlı qız nənəsinin gözləri qarşısında dənizdə boğuldu

Bakıda məktəb şagirdi dənizdə boğulub.

Demokrat.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində yeləşən çimərlikdə qeydə alınıb.

Zəngilan şəhəri, 1 saylı orta məktəbin ikinci sinif şagirdi 7 yaşlı Rəbiyə Məmmədli nənəsi ilə birgə çimərlikdə olarkən dənizdə batıb. Hadisə onun nənəsinin gözləri qarşısında baş verib.

Azyaşlının meyiti çıxarılaraq yaxınlarına təhvil verilib.(report.az)

D
demokrat.az