Azərbaycan üzgüçüsü Avropa üçüncüsü oldu

İDMAN 06 iyl 2022, 21:56
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.


Federasiyanın Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top