Daha bir ölkə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

XARİCİ SİYASƏT 06 iyl 2022, 19:12
Estoniya Parlamenti Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsinə dair protokolları ratifikasiya edib.

Demokrat.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” agentliyi məlumat yayıb.

“Bu gün növbədənkənar sessiyanın ikinci iclasında Riyqikoqu (Estoniyanın ali nümayəndə və qanunverici orqanı) Finlandiya və İsveçin NATO-ya üzvlüyü haqqında protokollarını təsdiqləyən qanun qəbul etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Danimarka, Norveç və Kanada Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsinə dair protokolları ratifikasiya edib.

Xatırladaq ki, iyulun 5-i NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyansa üzvlüyünə dair protokolları imzalayıb. Protokollar daha sonradan ratifikasiya olunması üçün bütün NATO ölkələrinə yönləndirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 avq 2022, 16:18
Top