Ölkə çempionatında qalib gələn salyanlı idmançılarla görüş keçirildi — FOTOLAR

İDMAN 06 iyl 2022, 15:13
29 iyun - 03 iyul  2022-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında XXVI  Azərbaycan  birinciliyi keçirilmişdir. 

Kikboksinq  idman növü üzrə ölkə çempionatında Salyan komandası kikboksinq  üzrə təcrübəli məşqçi-müəllim Rahil İsgəndərovun rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak etmiş və uğurlu nəticələr qazanmışdır:

2004-2005-ci il təvəllüdlülərdə

Axundov Qalib Muxtar oğlu 60 kq da III yeri (şəxsi məşqçisi Rahil İsgəndərov)

2008-2009-cu il təvəllüdlülərdə

Rüstəmli İsmayıl Şahin oğlu 69+ kq da II yeri (şəxsi məşqçisi Rahil İsgəndərov),
qazanmışdır.

Qazanılan qələbə münasibətilə Salyan rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilmişdir. 

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalib idmançıları təbrik etdi, onlara gələcək idman karyeralarında uğurlar arzuladı və bildirdi ki,  ölkəmizdə uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin hər yerində olduğu kimi Salyanda da idmanın müxtəlif sahələri inkişaf etməkdədir. Salyan idmançıları istər beynəlxalq, istərsə də ölkədaxili yarışlarda böyük nailiyyətlər qazanmışlar. Salyan idmançıları bu gün də müxtəlif idman növləri üzrə həm yerli , həm də beynəlxalq yarışlarda qazandıqları yüksək nailiyyətlərlə bizi sevindirirlər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top