Qurban bayramına hazırlıqlar davam edir

SOSİAL 06 iyl 2022, 14:21
Qurban bayramına sayılı günlər qalıb və heyvanların satışının təşkil ediləcəyi yerlər müəyyənləşib. Bununla əlaqədar Bakı Şəhər Baytarlıq idarəsi kəsim məntəqələrində yoxlamalara başlayıb. Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb. Bu xidmətlər ölkə üzrə 134 ünvanda təşkil ediləcək. 

Qurumun mətbuat katibi Aysel Fərziyeva Demokrat.az-a müsahibəsində bildirdi ki, 19 məntəqədə yalnız kəsim, 54-də yalnız satış, 61 məntəqədə isə həm kəsim, həm satış həyata keçiriləcək:

“Bir sıra regionlarda AQTA ilə razılaşdırmaqla səyyar tipli çadır tipli kəsim məntəqələri faəliyyət göstərəcək. Və bu məntəqələrdə də yenə də baytarlıq nəzarətindən keçmiş heyvanlar sanitar gigiyenik tələblərə uyğun şəkildə kəsiləcək və cəmdəklər vətəndaşlara təqdim ediləcək.



STİK bu il ötən illərdə olduğu kimi iri ticarət  şəbəkələri də bu prosesdə aktiv şəkildə iştirak edirlər, ölkə üzrə fəaliyyət göstərən və kifayət qədər soyuducu infrastruktura malik olan ticarət şəbəkələri əvvəlcədən vətəndaşlardan sifarişləri qəbul edir.”

Vətəndaşlarımız qurban bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanların satışı və kəsimi ilə bağlı məntəqələrə yaxınlaşa bilərlər. Hər hansı bir narazılıq yaranarsa, Agentliyin 1003 çağrı mərkəzinə müraciət edə bilərlər. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top