Sumqayıt Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirildi — FOTOLAR

BİZNES 05 iyl 2022, 20:41
İyulun 5-də Sumqayıt Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Demokrat.az xəbər verir ki, görüşdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Coşqun Əhmədzadə, idarənin məsul şəxsləri və sahibkarlar iştirak ediblər.

Ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə görülən işlərdən danışan Sumqayıt Baş Gömrük İdarəsinin rəisi bu istiqamətdə sahibkarların iştirakı ilə davamlı olaraq görüşlərin, “dəyirmi masa” və seminarların keçirildiyini xatırladıb.

Məlum pandemiya səbəbindən son vaxtlar belə tədbirlərin onlayn formatda təşkil olunduğunu bildirən Coşqun Əhmədzadə artıq sahibkarlarla görüşlərin yenidən ənənəvi şəkildə davam etdiriləcəyini və sahibkarları düşündürən məsələlərin onların yaxından iştirakı ilə müzakirə olunacağını diqqətə çatdırıb.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin asanlaşdırılması, ölkənin ixrac və tranzit potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar barədə məlumat verilib.

Qeyd edilib ki, islahatlar nəticəsində vətəndaş-məmur təması minimuma endirilib, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri sürətləndirilib, gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib, uçotun düzgün qurulması və maliyyə nəzarətinin gücləndirlməsi istiqamətində yeniliklər tətbiq olunub.

    Gömrük sistemində tətbiq edilən layihələrdən bəhs edən Baş İdarə rəisi, xüsusilə “Yaşıl dəhliz” buraxılış sisteminin vaxt və vəsait itkisinin qarşısının alınması, gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

   Vurğulanıb ki, gömrük sistemində həyata keçirilən yeniliklər, təkmilləşdirmələr zamanı daim sahibkarların təklif və rəyləri diqqətdə saxlanılır, gələcəkdə də tətbiq ediləcək layihələr biznes nümayəndələri ilə məsləhətləşmələr aparılaraq reallaşdırılacaq.

  Görüşdə çıxış edən sahibkarlar gömrük orqanların fəaliyyətindən, gömrük-biznes əməkdaşlığından məmnunluqla bəhs edib, təklif və rəylərini səsləndiriblər.

Qarşılıqlı diskussiya şəklində davam edən görüşdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.



























SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top