Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı açıqlandı

GÜNDƏM 05 iyl 2022, 18:02
“Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunub”.

Bunu “Report”a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bildirib.

Onun sözlərinə görə, BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda ukraynalılara köməklik göstərir.

Bundan başqa, Ukraynadakı böhranı həll etmək üçün BMqT Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi məsələsində Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top