Partiya sədri: “Ukrayna xalqına dəstəyimizi yenə də verəcəyik”

GÜNDƏM 05 iyl 2022, 15:39
“Azərbaycan öz siyasətində hər zaman beynəlxalq hüquq normalarına riayət edib və hüququn aliliyinə, beynəlxalq təşkilatların təməl sənədlərinə hörmətlə yanaşıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat vurğulayıb ki, Azərbaycanın Ukraynada olan problemlərə yanaşması da məhz bu təməl prinsiplərə əsaslanır:

“Bununla yanaşı, Azərbaycan Ukrayna xalqına öz humanitar dəstəyini dəfələrlə göstərib. Çünki biz vaxtında oxşar problemlər, oxşar faciələrlə üzləşdiyimizə görə, bu ağrılı vəziyyəti anlayırıq. Ukrayna xalqına öz dəstəyimizi veririk və yenə də verəcəyik. Çünki bu, bizim əsas prinsipimizdir və dünyanın humanist ənənələrinə əsaslanır”.

Qeyd edək ki, bu gün Azərbaycandan Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top