Çin lideri Putinin Rusiyaya səfər dəvətini rədd etdi

REGİON 05 iyl 2022, 12:07
Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin Rusiyaya səfər dəvətini rədd edib.

Demokrat.az xəbər verir ki, Putin çinli həmkarını Rusiyaya telefon danışığı zamanı dəvət edib. Lakin Çin prezidenti Putinin təklifini rədd edərək bildirib ki, koronavirus pandemiyası səbəbindən yaxın gələcəkdə Rusiyaya səfər etməsi çətin olacaq.

Yaponiyanın “Yomiuri Shimbun” nəşri Çin hökumət mənbələrinə istinadən yazıb ki, Putin ABŞ və Avropa ilə münasibətlərinin daha da pisləşməsinin qarşısını almaq üçün Si Cinpinin səfərindən istifadə etməyə ümid edirdi.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top