Qazi icra hakimiyyəti binasının qarşısında özünü yandırmağa cəhd etdi — RİH-dən AÇIQLAMA

HADİSƏ 04 iyl 2022, 17:14
İyulun 4-də II Qarabağ Müharibəsi işirakçısı İlham Həsənov Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib.

Demokrat.az xəbər verir ki, məlumatı Şəmkir Rayon İcra Hakimiyyəti yayıb.

İcra hakimiyyəti İlham Həsənovun psixi pozuntulardan əziyyət çəkdiyini iddia edib.

1994-cü il təvəllüdlü Yeni Həyat kənd sakini İlham Həsənovun boyun nahiyəsində qəlpə var: “O, indiyə qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir”.

Məlumatda qeyd olunub ki, İlham Həsənovun etirazı aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmaması ilə bağlıdır: “Ona müvafiq orqanlardan tərəfindən lazımi dəstək göstərilsə də, müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, İlham Həsənov icra hakimiyyətinin etinasızlığından intihara cəhd edib: 

“Müharibə başa çatandan icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bir dəfə də olsun müharibə əlillərini, veterenalarını qəbul edib, onların qayğıları ilə maraqlanmayıb”.

Fariz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top