“Bu, ermənilərin içlərində qalan murdarlıqlardır” — AÇIQLAMA

GÜNDƏM 04 iyl 2022, 16:28
Erməni mediasında Laçının təhvil verilməsini eşidən ermənilərin şəhərdə soyğun, talan və yanğınlar törətməsi haqda məlumatlar yayılır. Maraqlısı isə odur ki, Laçında məskunlaşmış ermənilərin əşyalarını öz soydaşları yağmalayır.

Məsələyə münasibət bildirən politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilər hər zaman olduğu kimi bu gündə vandalizmə məşğul olan bir millətdir. Politoloq vurğulayıb ki, başqasının torpağına və evinə yiyələnən bir millət olaraq bugünkü gündə ermənilərə artıq çarə qalmır:

“44  günlük müharibədə geri qaytarılmış torpaqlarımızda ermənilərin öz evlərindəki unitazları belə götürüb qaçmasının şahidi olmuşuq. Bugün də eynisi Laçında görürük. Ya bunlar insan kimi bizim dövlətimizdə yaşayacaqlar, ya da rədd olub vəhşiliklərini öz dövlətlərində edəcəklər. Ancaq çox təəssüf ki, bugün də onlar Azərbaycan kəndlərinə, oradakı evlərə, meşələrə ziyan vurmaqdan əl çəkmirlər. Onlar içlərində qalan murdarlıqları göstərirlər. Laçında məskunlaşmış ermənilərin əşyalarını öz soydaşları yağmalası faktı isə onu göstərir ki, bunların öz milləti belə nə qədər bir-birinə ziyan vurur. Bu da ermənilərin əsl simasıdır. Təbii ki, ermənilər nə qədər belə hərəkətlər etsələr, Azərbaycan torpağından birdəfəlik çıxmalı olacaqlar”.



Politoloqun sözlərinə görə, 44 günlük müharibədən sonra ermənilər hələ də özlərinə gəlməyiblər:

“30 illik Azərbaycan torpaqlarının işğalı müddətində ermənilərin torpaqlarımıza vurduğu ziyanın həddi- hüdudu yoxdur. Ermənilərin bu müddət ərzində azərbaycanlıların əziyyət çəkib tikdiyi evlərini, eşiklərini, torpaqlarını zəbt etməsi, onların bütün var-dövlətlərinə qonması təbii ki, bugünkü gündə ermənilərin bunların hər birindən vaz keçməsi onlar üçün böyük bir zərbədir. Artıq ermənilər bunu başa düşüblər ki, müharibənin nəticəsi olaraq onlar Qarabağdan çıxmalıdırlar, ya da ki, sınıb Azərbaycanın bütün reallıqlarını qəbul edib, Azərbaycan torpağında yaşamalıdırlar. Azərbaycan bu gün əslində ən böyük status verir. Status nədir? Azərbaycan vətəndaşı olub, Azərbaycan bayrağı altında, Azərbaycan pasportu ilə yaşamaqdır. Bir azərbaycanlı olaraq fikrimcə, ermənilərin 30 ildə törətdiyi bu qanlı faciələrin hər birinə verilən ən böyük statusdur ki, Azərbaycan böyük ürəklə loyallıq göstərir və erməniləri torpaqlarında barındırmağa, öz vətəndaşı olmağa qəbul edir. Bunu da ermənilər başa düşüb anlamalıdırlar ki, Azərbaycan bunlara böyük hədiyyə edir. Lakin bunlar bunu hələ də başa düşmürlər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top