Tbilisidə keçirilən mitinqin təşkilatçıları yeni ultimatumla çıxış ediblər

XARİCİ SİYASƏT 03 iyl 2022, 22:47
Tbilisidə keçirilən mitinqin təşkilatçıları yeni ultimatumla çıxış ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bu gecə saat 12:00-dək istefa verməsi tələb olunub.

Müddətin başa çatmasından sonra xalq hərəkatı konkret fəaliyyət planını açıqlayacaq.

Təşkilatçılardan biri olan Laşa Buğadze çıxış edərək bildirib ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almayana qədər aksiyalar davam etdiriləcək. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top