Bakıda qadını bıçaqlayan şəxs saxlanıldı

HADİSƏ 03 iyl 2022, 20:18
İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top