Şəkidə qəza: xəsarət alanlar var

HADİSƏ 01 iyl 2022, 19:38
Şəkidə avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəkinin Baş Küngüt kəndində baş verib.

Baş Küngüt kənd sakini, 42 yaşlı Cəfər Əliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Sürücü Cəfər Əliyev və onun sərnişini 28 yaşlı Şahin Əliyev xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top