MEDİA Agentliyi seçimini peşəkar fəaliyyətin stimullaşdırılması yönündə qurur

MEDİA 01 iyl 2022, 16:14
Medianın İnkişafı Agentliyinin saytlara dəstək layihəsi çərçivəsində elan etdiyi müsabiqənin nəticələri açıqlandı. Siyahıda bizim də adımız var. Ədalətli seçimə görə MEDİA agentliyinə təşəkkür edirik. Siyahıya baxdıqda bunu görmək çətin deyil.

Siyahıda yer alanların əksəriyyəti mövcud imkanları zəif, əlavə gəlir yerləri olmayan saytlardır. Halbuki, bu media resursları istər xəbər istehsalında, istərsə dövlət maraqlarının müdafiə olunması işində peşəkar fəaliyyəti ilə seçilir.

MEDİA Agentliyi də seçiminin də məhz peşəkar fəaliyyətin stimullaşdırılması yönündə olduğunu görürür. Ən vacib məqam isə mediaya dövlət dəstəyinin ədalətli və daha obyektiv bölünməsi prinsipinin qorunmasıdır. 

Demokrat.az saytının kollektivi, eyni zamanda həmkarlarımızın adından MEDİA Agentliyinə təşəkkür edirik.

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top