“Zaur Kamal öz səlahiyyətlərini aşıb, bu, qəbulolunmazdır” — Professordan SƏRT AÇIQLAMA

MEDİA 01 iyl 2022, 11:58
ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın Güney Azərbaycandan dəvət etdiyi sənətçi Afşin Azərini canlı yayımdan qovması ictimaiyyətdə narazılıqla qarşılanıb.

Demokrat.az-a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli  bildirib ki, aparıcı burada öz səlahiyyətlərini şişirdib və kobud bir tərzdə dəvət etdiyi qonağı verilişdən kənarlaşdırıb. O, bildirib ki, bu hadisə televiziyamız üçün mənfi haldır:

“Təbii ki, bu cür hadisələrin Azərbaycan teleməkanında baş verməsi çox təəssüf doğurur.



Hər bir verilişin əsas siması aparıcıdır və o, bir dirijor kimi hər şeyi idarə edir. Aparıcı burada öz səlahiyyətlərini aşaraq, qonağı kobud tərzdə verilişdən uzaqlaşdırıb. Veriliş aparıcılarının belə addımlara yol verməsi kobudluqdur və qəbulolunmazdır. Qeyd edim ki, ciddi etik pozuntu halı yoxdursa, o zaman heç bir iştirakçını verilişdən kənarlaşdırmaq olmaz. Hesab edirəm ki, bu hadisədə televiziyanın rəhbərləri və birinci növbədə o verilişin prodüseri, rejissoru bu işdə məsuliyyət daşıyır. Çünki aparıcı o qərarı təkbaşına emosional şəkildə qəbul edə bilməz. Onun rejissor pultu, redaktor, prodüserlə birbaşa əlaqəsi var”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top