Bakıda bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır? — Deputatdan açıqlama

GÜNDƏM 29 iyn 2022, 14:08
“Azərbaycan məktəbləri əsl poliqona çevrilib. "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulması gəldi. Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur”.

Demokrat.az
xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib.

“Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dostlarına arxalanaraq idarə içində idarə yaradıb. Bağça monopoliyası da ona verilib. Deyirlər ki, “kəsdiyi başa zaval yoxdur”. Direktor təyinatı məsələsini anındaca həll edir...Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!” – E.Əliyev qeyd edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top