İranın Azərbaycana qarşı aqressiyasının əsl səbəbi — ŞƏRH

GÜNDƏM 28 iyn 2022, 15:26
“İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv siyasət və məzhəbçi cihad əslində heç də yenilik deyil”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloqun sözlərinə görə, rəsmi Bakı müstəqilliyini qazandığı gündən etibarən faktiki olaraq İranın hədəfindədir:

“İran molla rejimi Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları bu gün Azərbaycana da tətbiq etmək istəyir və bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır”.



“İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi isə heç şübhəsiz 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, üstəlik Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməzdi. Artıq Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir. Məhz buna görə də bizim maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir,”- deyə, sonda politoloq qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top