Hərbçilərin yürüşləri təşkil olunub — VİDEO

HƏRBİ 26 iyn 2022, 20:09
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin Şuşa şəhərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təyin olunmuş marşrutlar üzrə yürüş edən hərbi qulluqçular vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Hərbi orkestrlərin ifa etdikləri hərbi marşlar böyük marağa səbəb olub.

Qeyd edək ki, Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), AzNeft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 21:00-dək davam edəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top