“Toyota Prius”dan narkotik maddə aşkar edildi

KRİMİNAL 25 iyn 2022, 18:02
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Xidmətin Bakı istintaq təcridxanasının əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu haqda Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı istintaq təcridxanasının qarşısında dayanmış “Toyota Prius” markalı taksi kimi fəaliyət göstərən avtomaşının içərisində olan vətəndaş Məmmədov Pərviz İlham oğlu özünü şübhəli apardığına görə hadisə yerinə Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinin əməkdaşları dəvət olunub.

Həmin şəxsin üzərində və oturduğu avtomaşına baxış keçirilən zaman 4 ədəd şəffaf sellofan bükülüdə olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top