“Ermənistan Azərbaycanla münasibətlərin tənzimlənməsində, Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında münasibətdə davamlı olaraq riyakar, ikiüzlü davranış sərgiləyir. Bunun başlıca nümunəsi kimi, biz iki gündür Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində Azərbaycan-Ermınistan sərhəddində, xüsusilə də Laçın rayonu ərazisində davamlı təxribatların törədilməsini göstərə bilərik”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Anar Əliyev deyib. Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfinin sürətli şəkildə 10 noyabr Bəyanatının tələbinə uyğun olaraq Laçın şəhərindən kənar, Laçın dəhlizinin yeni hərəkət marşurutu ilə bağlı işləri sürətlə həyata keçirməsi Ermənistanda narahatlıq doğurub:
“Mümkün qədər bu prosesin qarşısını almaq, yeni reallıqlar, yeni situasiyalar formalaşdırmaq üçün Azərbaycanla müxtəlif ərazilərdə, eləcə də Azərbaycanla sərhəddə təxribatlar törədirlər. Burada başlıca hədəf nədən ibarətdir? Hesab edirəm ki, “sülh istəyən” Ermənistanın bu addımları, eyni zamanda mina xəritələrini təqdim etməməsi, etdiyi mina xəritələrinin uyğunluq dərəcəsinin təxminən 25 faiz həddə olması onu göstərir ki, Ermənistan Azərbaycanla münasibətlərin yekun olaraq tənzimlənməsi və bütün hərtərəfli əlaqələrin, münasibətlərin özündə əks etdirəcək gələcək münasibətlər prespektivini özündə birləşdirəcək və sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı deyil.

Bunun başlıca səbəbi Ermənistan tərəfi gözəl dərk edir ki, mina xəritələri təqdim olunarsa, ərazi mina çirklənməsidən təmizlənərsə, nəticə etibarilə bölgəyə keçmiş məcburi köçkünlərin sürətli qayıdışı baş verə bilər. Bu da Ermənistandakı bəzi dairələrin gələcəyə hansısa bəslədiyi ümidlər də məhv olub gedə bilər. Çünki Ermənistanın diaspor dairələri, xüsusilə də revanşist qüvvələr, eyni zamanda Ermənistanda hazırki xəstə ideologiyanın “böyük Ermənistan”, “böyük Ermənistan xalqı”, “qədim tarixə malik erməni milləti” ilə bağlı xəstə ideologiyasını əsas daşıyıcı qüvvəsi olan Qriqoryan kilsəsinin bugünkü yanaşması ondan ibarətdir ki, onlar mümkün qədər Qarabağda insanların geri dönüşünü qarşısını ala biləcək addımlar atır və təxribatlar törədirlər”.
“Eyni zamanda mina xəritələri mümkün qədər və ya heç təqdim edilməməlidir ki, əhalinin geri dönüşü mümkün olmasın. Ən azı bu proses geciksin ki, bu müddət ərzində ermənilər yenidən güclənərək, yenidən beynəlxalq dəstəyi əldə edərək ərazi iddialarını davam elətdirmək və hansısa işğaldan azad etdiyimiz bölgələri yenidən işğal edə bilməyin xəyalını qururlar. Ona görə də, mən hesab edirəm ki, Ermənistanın indiki halda Azərbaycanla danışıqlara məcbur edilməsi fonunda Ermənistan cəmiyyətinin bəzi hissəsində, eləcə də Ermənistan hakimiyyətinin bəzi qüvvələrində, xüsusilə də revanşit düşüncəli insanlarda Qriqoryan kilsəsinin altında yalançı illüziyalara, semarxik düşüncələrə inanırlar. Onlarda müəyyən müddət keçdikdən sonra Ermənistan güclənərək Azərbaycanın azad etdiyi torpaqları geri qaytarma arzuları, xülyaları formalaşıb. Bunu reallaşdırmaq üçün mümkün qədər vaxt qazanmağa, vaxt udmağa çalışırlar. Bunu çox gözəl dərk edən beynəlxalq ictimaiyyət, beynəlxalq güclər həm Azərbaycan ictimaiyyəti, həm də Ermənistanı mövcud vəziyyətin, mövcud şərtlər əsasında addımlar atmağa, sülh prosesinin üzərinə götürdüyü öhdəliklərdə irəli gələrək sülh prosesini ləngitməməyə məcbur edir”.
Politoloq qeyd edib ki, bu istiqamətdə ardıcıl və ağıllı siyasət yeridilir:
“Hesab edirəm ki, Ermənistan cəmiyyəti qısa müddət ərzində bu proseslərdən düzgün nəticə çıxarmayacaqsa, Azərbaycan dövləti beynəlxalq hüququn ona tanıdığı beynəlxalq sülhü məcbur etmə başlaya biər və bu, onun hüququqdur. Heç kim tərəfindən məhdudlaşdırıla bilinməyəcək hüquqlarıdır. Azərbaycan bu əməliyyatları həyata keçirməklə Ermənistanın növbəti dəfə reallıqlara uyğun addımlar atmğa məcbur edə bilər. Bu istiqamətdə vacib addım olaraq, Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr bəyanatının tələblərinə zidd olaraq hələ də mövcudluğunu qoryub saxlayan Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisindən təmizlənməsi ilə bağlı əməliyyatı qeyd edə bilərəm. Bu istiqamətdə addımların atılması Ermənistan tərəfindən sülh prosesinin uzadılması, Ermənistan sərhədlərin təqdim edilməməsi, Ermənistanda müxtəlif təxribatların törədilməsi, delimitasiya ilə bağlı işin uzadılmasına çalışılması, nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə reallaşdırılması ilə bağlı real addımların atılmaması, artıq yaxın prespektivdə Azərbaycanın Ermənistanı növbəti dəfə cəzalandırma prespektivini ortaya qoyur, daha da reallaşdırır. Hesab edirəm ki, Azərbaycanın düşünülmüş ağıllı, soyuqqanlı, təmkinli siyasətinin sonunda Ermənistan bu addımlarını davam etdirərsə, Ermənistandakı təxribatçı qüvvələrə qarşı Azərbaycan tərəfindən yekun və həlledici zərbə vurula bilər”.
Aynurə Pənahqızı
Demokrat.az