Türkiyə XİN-dən Aİ-yə ETİRAZ

GÜNDƏM 24 iyn 2022, 23:16
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa İttifaqı Zirvə toplantısında rəsmi Ankaraya qarşı qərəzli münasibətlə bağlı bəyanat yayıb.

Açıqlamada Yunanıstanın Şərqi Aralıq və Egey dənizlərindəki qanunsuz hərəkətlərinə hüquqi don geydirilməsinə çalışmağın qəbuledilməz olduğu bildirilib.

“23-24 iyun 2022-ci ildə Brüsseldə keçirilən Avropa İttifaqının Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı zamanı qəbul edilən qərarlarda ölkəmizə qarşı qərəzli münasibət təəssüf doğurur. Aİ-nin Şərqi Aralıq və Egey dənizi ilə bağlı beynəlxalq hüquqa zidd olan hərəkətləri qanuniləşdirməyə çalışması qəbuledilməzdir.

Aİ Türkiyənin üzvlük prosesindən və ölkəmizlə əməkdaşlıqdan əldə edəcəyi faydaları Yunanıstan və Kipr Rum Administrasiyasının dar düşüncəli, qanunsuz və maksimalist iddialarına qurban verməməlidir. Aİ-nin öz ümumi maraqları da mahiyyətcə bunu tələb edir”, - deyə bəyanatda qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top