"Belə şəxslərə edam cəzası verilməlidir”— Ərdoğan

GÜNDƏM 24 iyn 2022, 19:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzinə baş çəkib.

Prezident Marmarisdə meşə yanğınının nəzarət altına alındığını bildirib.

“Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur. Marmarisdə meşə yanğını, Allaha şükür, nəzarət altına alınıb. Ümid edirəm ki, ağacəkmə işləri ilə bu bölgədəki yanğının fəsadlarını tez bir zamanda aradan qaldıracağıq”, - deyə o, bəyan edib.

Ərdoğan meşə yanğını törədən şəxslərə verilən cəzalar barədə də danışıb.

“Bu məsələ ətrafında ciddi müzakirələr aparılmalıdır. Düşünürəm ki, əgər çəkindirici olmasını istəyiriksə, belə şəxslərə edam cəzası verilməlidir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top