Fəzail Ağamalının keçmiş rəqibi parlamentə gilas göndərir — FOTOFAKT

GÜNDƏM 23 iyn 2022, 13:20
"Maaşı çox olub gilas ala bilməyənlərə endirimli gilasımız var".

Demokrat.az xəbər verir ki, bunu Qarabağ qazisi Kamil Musavi sosial şəbəkədə yazıb.

"Məsləhət bildiyiniz adam olsa hədiyyə də verə bilərik", deyə qazi qeyd edib.

Kamil izləyicilərin birinin yazdığı şərhdə "Gilası Milli Məclisin qabağına gətiririk, gəlin, aparın" yazıb.

Qeyd edək ki, dünən millət vəkili Fəzail Ağamalı bahalığa görə gilas ala bilmədiyini demişdi.

Xatırladaq ki, Kamil Musavi son parlament seçkilərində Fəzail Ağamalının rəqibi olub.





Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top