Azərbaycan millisi FIFA reytinqində irəlilədi

İDMAN 23 iyn 2022, 13:42
Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində 1 pillə irəliləyib.

Demokrat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1128 xalla 128-ci sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasının iyun ayında keçirilmiş matçlarında Belarusla səfər oyununda qolsuz heç-heçə etməsi, ev matçında 2:0 hesablı qələbə qazanması səbəb olub. Qazaxıstan və Slovakiya ilə matçlarda isə müvafiq olaraq, 0:2 və 0:1 hesablı məğlubiyyət qeydə alınıb. Komanda ötən reytinqdə 1126 xalla 129-cu olub.

Milli komandanın rəqiblərindən Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cüdür.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top