"Ombudsmanlıq qonaqları Şuşaya çatdırmaq üçün təyyarəni icarəyə götürüb" — AÇIQLAMA

GÜNDƏM 21 iyn 2022, 15:23
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyinin Aparat rəhbərinin müavini Rəşid Rumzadə Ombdusmanlığın bu ilin 23-31 may tarixlərində AZAL-dan 28 min 900 manata təyyarə icarəyə götürməsi məsələsinə münasibət bildirib. 

Sözügedən yazının başlığının dəyişdirilməsi ilə bağlı Demokrat.az-a telefon açan Rəşid Rumzadə xahiş edib ki, həmin məqalədə bir sıra dəyişikliklər edilsin. 

Daha sonra Rəşid Rumzadə deyib ki, Ombudsmanlıq AZAL-dan təyyarəni şəxsi istifadə üçün icarəyə götürməyib:

"Bu ilin may ayında Şuşada böyük bir tədbir keçirilib. Həmin tədbirdə 60-dan çox qonaq iştirak edib. Ombudsman Aparatı "yuxarı" ilə razılaşdırılmış şəkildə AZAL-dan təyyarə icarəyə götürərək, qonaqları Şuşaya çatdırıb". 



Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. 

Səbinə Əliyeva  millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. 

Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top