Üçtərəfli İşçi Qrupunun iclası keçirildi

XARİCİ SİYASƏT 21 iyn 2022, 12:11
“Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi infrastrukturun açılmasına xüsusi diqqət ayırır”.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Minskdə erməni həmkarı Nikol Paşinyanla görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupu çərçivəsində praktiki iş aparılır:

“İşçi Qrupunun növbəti görüşü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub”.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 15-18-i keçirilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top