Tahir Mirkişili: “Azərbaycanın neft və qaz ixracından gəlirləri tarixdə ilk dəfə bərabərləşib”

GÜNDƏM 20 iyn 2022, 11:32
Bu ilin 5 ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamnı komitənin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu eyni zamnada qazın qiymətindəki sıçrayışla bağlıdır: “Tədiyyə balansında bu ilin ilk 3 ayında neftdən əldə olunan gəlir 3,8 milyard ABŞ dollara yaxınlaşsa da, qaz ixracından gəlirlər 3,5 milyard ABŞ dolara yaxın olub”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top