Sahibə Qafarova Türkiyəyə getdi

SİYASƏT 19 iyn 2022, 22:40
İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyə Respublikasındakı səfiri

Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər iyunun 21-də başa çatacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top