Votsap qrup zənglərinə yeni funksiyalar əlavə etdi

İKT 18 iyn 2022, 18:02
Votsapın (“WhatsApp”) tərtibatçıları “Android” və “iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.

Bu barədə “FoneArena” məlumat yayıb.

İstifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər. Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.

Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top