Cənubdan Azərbaycana qarşı “soyuq küləklər” yenidən əsməyə başlayıb — ŞƏRH

GÜNDƏM 18 iyn 2022, 17:36
Cənubdan Azərbaycana qarşı “soyuq küləklər” yenidən əsməyə başlayıb. Artıq bir neçə gündür ki, Azərbaycan əleyhinə aksiyalar təşkil olunur. Hətta, İranda cümə imamlarına tapşırıq verilib ki, "Azərbaycan əleyhinə aksiyalar təşkil edilsin". Tehranda səfirliyimizin önündə keçirilən aksiyada diqqətçəkən məqamlardan biri dəis rəsmi Bakıya “tövsiyə”lərin verilməsidir: ABŞ və İsrail bayrağını yandıran iranlı tələbələr tələb edirlər ki, Azərbaycan İsrail dövləti ilə münasibətləri yenidən nəzərdən keçirsin. 

Məsələyə münasibət bildirən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Demokrat.az-a açıqlamasında bildirib ki,  Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında piket təşkil edilməsi və orada Azərbaycan əleyhinə şüarların səsləndirilməsi, təbii ki, təəssüf hissi doğurur:

“Nəzərə alsaq ki, bu piketin Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim və təhlükəsizlik idarəsinin təşəbbüsü ilə təşkil olunması ilə bağlı informasiyalar da var ki, fikrimizcə, bu da diqqətə almamız vacib olan məqamdır. Azərbaycan hər zaman İranla münasibətlərinə xüsusi önəm və əhəmiyyət verən, səmimi dostluq və əməkdaşlıq prizmasından yanaşan bir ölkə olub. Eyni münasibəti biz də qarşı tərəfdən hər zaman gözləmişik. Bu mənada keçirilən piket və orada Azərbaycan Respublikasında həbsdə olan bəzi şəxslərin azadlığa buraxılması tələblərinin səsləndirilməsi, hətta dövlətimizə hansısa “tövsiyyələrin” verilməsi, bu münasibətlərə uyğun gəlməyən davranış kimi qiymətləndirilə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top