Bakıda hamilə arvadını öldürən kişi cəzalandırıldı — Hökm

KRİMİNAL 17 iyn 2022, 11:07
Bakıda arvadını öldürməkdə təqsirləndirilən Pərvin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. 

Pərvin Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə bu ilin aprelində Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.

Dava zamanı İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb. 

Şəbnəm İsmayılova xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub.

İstintaq orqanı tərəfindən Pərvin Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top