UNEC tələbəsinin öldüyü qəzada sürücü də vəfat edib

HADİSƏ 15 iyun 2022, 22:32

UNEC tələbəsinin öldüyü ilə bağlı yeni detallar bəlli olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top