2077-ci ildə ölülərlə danışmaq olacaq? — ŞOK İDDİA

MARAQLI 15 iyn 2022, 20:27
Nyu Yorkdakı Siti Kollecin fiziki olan Miçio Kaku şok iddia ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, alim yaxın gələcəkdə, təxminən 2077-ci ildə insanların texnolgiya vasitəsilə ölən şəxslərlə söhbət edə biləcəyini bildirib.

Miçio Kaku iddia edib ki, bu tam mənada ölən insanla söhbət olmasa da, simulyasiya vasitəsilə mümkün olacaq.

Alim 20 il öncə internetin insan həyatında o qədər də önəmli olmadığını, lakin bu gün internetsiz həyatın təsəvvür edilə bilməyəcəyini vurğulayaraq, artıq insanların baş verənlərə təəccüblənmədiyini qeyd edib.

Fizik təkcə yaxın gələcəkdəki ölülərlə deyil, hətta tarixi şəxslərlə söhbət edilə biləcəyin mümkünlüyünü nəzərə çatdırıb

Qeyd edək ki, alim 2077-ci ildə ruhlar kitabxanası yaradılacağını və insanların məhz burada ölülərlə danışmaq imkanının baş tutacağını iddia edib.

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top