Paytaxtda sıxlıq olan yolların SİYAHISI

İNFRASTRUKTUR 14 iyn 2022, 09:22
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər əsas və kənar yol;

3. Binəqədi şossesində - “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında - tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində;

6. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar və əsas yolda;

7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top