Qarabağdakı faydalı qazıntı yataqları xarici və yerli şirkətlərə istismara verilir — AÇIQLAMA

SƏNAYE VƏ ENERGETİKA 13 iyn 2022, 16:50
İşğaldan azad edilən torpaqlarımızda zəngin mineral geoloji yataqların inkişaf etdirilməsinə xüsusi önəm verilir. Ermənistan işğal dövründə nə qədər çalışsa da, bu regionlardakı yataqlara ziyan vura bilməyib. Çünki kəşfiyyat aparmaq və istismar üçün külli miqdarda investisiya lazımdır. 2021 və 2022-ci illərdə Cəbrayıl, Füzuli, Zəngilan rayonlarındakı qeyri-filiz yataqları Azərbaycan tərəfindən yenidən qiymətləndirilərək quruculuq işləri üçün auksion vasitəsilə özəl və dövlət qurumlarına istismara verilib. 

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Demokrat.az-a müsahibəsində bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə işlər görülür.

“Füzuli rayonu ərazisində iki təzahür yataqlaşdırılmış, Cəbrayıl rayonu ərazisində 4 yataq, Zəngilan rayonu ərazisində 2 yataq, Qubadlıda 1 yataq, Laçın rayonu ərazisində 1 yataq artıq monitorinq təftiş işlərinə cəlb edilmiş ehtiyatlar hesablanmışdır.



Əsasən, yol tikintisində istifadə üçün müvafiq qurumlara və eyni zamanda yol-tikinti, inşaat, quruculuq işlərində çalışan şirkətlərə təqdim edilmişdir. Bu təqdimat təbii ki, birbaşa da ola bilər, eyni zamanda qanunvericiliyin şərtlərinə uyğun olaraq hərrac yolu ilə verilmişdir.”
Qeyri-filiz xammalı ilə yanaşı, regionda həmçinin, filiz və yeraltı suların axtarışı və qiymətləndirilməsi davam etdirilir. İstisu zavodu və sanatoriyasının yenidən bərpası üzrə işlər aparılır. 

“Bir illik həcmi 50 min insan olan bir sanatoriya, təəssüf ki, ermənilər onu dağıtmışdır və eyni zamanda Aşağı İstisuda gündəlik resurs ehtiyatı 250 min şüşə olan İstisu termal mineral su bağlanırdı ki, artıq o zavodun və sanatoriyanın yenidən qurulması və ölkəmizin sərəncamına verilməsi istiqamətində müvafiq işlər görülür. Dövlətimizin də əsas amaclarından biri həmin regiona xarici investorların cəlb edilməsidir.”

Odur ki, Qarabağda mövcud olan mineral geoloji yataqları istismara verərək regionda bu sahə üzrə inşaat materiallarının istehsalında kifayət qədər əlverişli mövqeyə sahib ola bilərik.



Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top