Bu gün neçə nəfər peyvənd olundu?

SOSİAL 13 iyn 2022, 16:57
Azərbaycanda son sutkada 3 nəfər vaksinasiya olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci və ikinci doza vaksin vurulmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 3-dür. Pozitiv nəticədən sonra buster doza vaksin vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 744 946, birinci doza peyvəndlərin ümumi sayı 5 350 968, ikinci doza vaksinlərin sayı 4 851 055 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 295 428, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 495 olub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top