“Biz Türkiyənin haqlı narahatlıqlarını ciddi qəbul edirik” — Stoltenberq

GÜNDƏM 12 iyn 2022, 19:16
“Türkiyə həyati vacib müttəfiqdir, bir çox cəhətdən əsas rol oynayır və buna görə də onun haqlı narahatlıqlarını aradan qaldırmaq üçün səylər göstərilir”.

Bu sözləri  NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib.

“Türkiyənin terror təşkilatı PKK ilə bağlı narahatlıqları da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməliyik” deyən Stoltenberq Özü və və komandasının

İsveç, Finlandiya və Türkiyə rəsmiləri ilə daimi təmasda olduğunu bildirib.

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitində sözügedən ölkələrin iştirakı ilə bağlı razılığın əldə edilib-edilməyəcəyi sualına da Stoltenberq Türkiyənin narahatlığına ən qısa zamanda cavab verildiyini və problemin həlli üçün səy göstərildiyini qeyd edib.

“Bunlar qanuni , terrorizm və silah ixracı ilə bağlı narahatlıqlardır. Biz anlamalı və yadda saxlamalıyıq ki, heç bir NATO müttəfiqi terror hücumlarından Türkiyədən daha çox zərər görməyib”, - Stoltenberq vurğulayıb.

Stoltenberq “Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını deyib:
“Türkiyə Ukraynanın dəstəklənməsində və qapalı qalan buğda ixracında mühüm rol oynayır. Ona görə də belə bir həyati müttəfiq terrorla bağlı narahatlıqlarını paylaşdıqda, biz bunu ciddi qəbul etməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top