Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib.
Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir.
Milli Məclisin üzvü Vüqar İskəndərov hesab edir ki, Qarabağın dinc sakinləri qısa vaxtda öz doğma yurd-yuvalarına qayıdacaqlar:
“44 günlük Vətən müharibəmiz Azərbaycanın 30 ilə qədər işğalda qalan torpaqlarının qayıtması ilə nəticələndi. Əvvəla, bu, Azərbaycan dövlətinin gücünü göstərmiş oldu. Azərbaycan ordusunun qətiyyətini, qüdrətini, Vətən sevgisini dünyaya bəyan etmiş oldu. Bilirik ki, bu işğal nəticəsində milyondan yuxarı insan öz dədə-baba yurdlarından qaçqın, məcburi köçkün və didərgin şəraitinə düşmüşdü. Bütün bu məsələlər 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz tərəfindən həll edilmiş oldu. Bununla da, Azərbaycan həm də beynəlxalq hüququ və ali ədaləti bərpa etdi. Artıq biz Qarabağ torpaqlarında, Şərqi Zəngəzurda müharibə bitəndən sonra minaların təmizlənməsi ilə paralel abadlıq, quruculuq, yenidən qurma işlərinə start vermişik. Bu gün 5-ci nəsil müharibə göstərən azərbaycanlı 5-ci nəsil müasir evlər, strateji, obyektlər, tunellər, körpülər tikir və qısa vaxt ərzində beynəlxalq standartlara uyğun hava limanı inşa etmişdir. Bu, bizim bir daha bu sahədəki gücümüzü və qüdrətimizi göstərir”.
V.İskəndərovun sözlərinə görə, artıq Zəngilanda ilk "Ağıllı kənd" layihəsi olan Ağalı kəndi sakinlərini gözləyir:
“Təbii ki, qısa vaxt ərzində buranın dinc sakinləri evlərinə qayıdacaqlar və orada insanlarımız daimi xoşbəxt və firavan yaşayacaqlar. "Böyük Qayıdış" hər bir azərbaycanlının həyatındakı ən ündə arzularından biridir. Biz çox böyük tarixi günlər yaşayırıq. Biz öz halal torpaqlarımıza dönürük, oranı yenidən dirçəldirik, yenidən qururuq. Artıq yaxın zamanlarda tək Ağalı da yox, digər kəndlərdə, şəhərlərdə yaşayacağıq və insanlarımız "Böyük Qayıdış"la həm də hər bir azərbaycanlının öz arzusuna qayıtmış olacaq. Hər birimizin ən böyük arzularından biri həmin torpaqlarda birgə yaşamaqdır, həmin torpaqlarda əkib-becərmək idi.
Artıq biz o torpaqların sahibləri kimi geri qayıtmışıq və orada əbədi yaşayacağıq. Düşünürəm ki, hələ ilin sonuna qədər bir neçə yaşayış məntəqələrə də insanlarımız qayıdacaq və minaların təmizlənməsi ilə paralel salınan kəndlər, şəhərlər, qəsəbələr artıq öz sakinlərini gözləyəcək. Oradan didərgin düşmüş, köçkün və qaçqın olan vətəndaşlarımız artıq oranın əbədi sakinləri kimi daimi öz evlərində, öz rayonlarında, öz şəhərlərində və öz kəndlərində yaşayacaqlar”.
Milli Məclisin deputatı Cavid Osmanov isə Demokrat.az-a açıqlamasında bildirib ki, artıq Qarabağda çox böyük bərpa və yenidənqurma işləri həyata keçirilməkdədir:
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik Ermənistanın Azərbaycan torpaqlarına işğalına son qoydu. Bununla da, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və ədaləti bərpa etmiş oldu. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz Müzəffər Ali Baş Komandamızın, prezident cənab İlham Əliyevin qurduğu düzgün strategiya nəticəsində Azərbaycan tarixinin ən parlaq qələbəsi kimi tarixə düşdü. İşğal müddətində ermənilər Azərbaycan torpaqlarında misli görünməmiş vəhşilik, vandallıq nümayiş etdirmişlər. Onlar bütövlükdə infrastrukturu məhv etmişdilər. Daş-daş üstə saxlamamışlar, sosial obyektləri , evləri, mənzilləri tamamilə darmadağın etmişlər. Tarixi, dini, mədəni abidələrimizi tamamilə məhv etmişlər. Tarixi saxtalaşdırmağa çalışmışdılar. Ekologiyamıza qarşı bütövlükdə çox böyük vəhşiliklər nümayiş etdirmişlər, ağacları kəsib aparmışdılar. Əlbəttə ki, bu bir daha erməni vəhşiliyinin, erməni vandallığının bir nümunəsidir.
Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən dərhal sonra Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə artıq işğaldan azad olunmuş ərazilərdə böyük yenidən qurma və bərpa işlərinə start verildi. İlk növbədə infrastruktur layihələr həyata keçirildi. Əlbəttə ki, infrastruktur ilkin mərhələdə həyata keçirilməlidir ki, məhz bundan sonra digər sosial yaşayış obyektlərinin, sosial təyinatlı obyektlərin tikintisinə başlanılsın. Xüsusi qeyd etmək istəyirəm ki, məhz ölkə başçısının birbaşa şəxsi nəzarəti altında həyata keçirilən böyük, nəhəng layihələr bəlkə də dünya tarixində heç zaman olmamışdır”.
“İstənilən müharibədən sonraya biz baxsaq görürük ki, hansısa bir dövlət yalnız öz gücünə bu qədər böyük yenidənqurma və bərpa işlərini heç vaxt aparmamışdır. Nəzərə alsaq ki, burada çox böyük vandalizm aktları törədilmişdir. Həm xalqımıza qarşı və bütövlükdə ərazilərə qarşı böyük bir soyqırım törədilmişdir. Buranın mənzərəsi əlbəttə ki, artıq aydın olur. Hətta, Ağdamı məhz dünyanın ikinci Xirosiması adlandırırdılar”.
Millət vəkili qeyd edib ki, artıq burada çox böyük bərpa və yenidənqurma işləri həyata keçirilməkdədir:
“100 km-lərlə avtomobil yollarının çəkilişi, yüksək gərginlikli elektrik xətlərinin verilişi, elektrik enerji təminatı, eyni zamanda dəmir yol xətlərinin çəkilməsi, bütövlükdə infrastrukturun ilk növbədə bərpa olunması istiqamətində görülmüş işlər əlbəttə ki, il yarım ərzində müharibə bitən müddətdə çox böyük və nəhəng işlərdir. Bununla paralel olaraq əlbəttə ki, işğaldan azad olunmuş ərazilərimizin, şəhərlərimizin, kəndlərimizin baş planlarının təsdiqlənməsi, baş plana uyğun böyük işlərin görülməsi bir çox istiqamətlərdə artıq yaşayış evlərinin tikintisi həyata keçirilməkdədir. Burada fərdi evlər və mənzillərdən söhbət gedir. Nümunə üçün artıq biz qeyd edə bilərik ki, "Böyük Qayıdış"ın məhz ilk mərhələsi olaraq Zəngilanın Ağalı 1, Ağalı 2, Ağalı 3 kəndlərində həyata keçirilən pilot layihə kimi ağıllı kənd pilot layihələrinin artıq ilkin mərhələsinin açılış mərasimdə ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Digər bir tərəfdən artıq burada məktəblərin tikintisinə start verilmişdir, səhiyyə ocaqlarının tikintisinə, digər sosial obyektlərin tikintisinə başlanılmışdır”.
"Böyük Qayıdış"ın tərkib hissəsi olaraq tarixi, dini, mədəni abidələrin bərpası, yenidən qurulması istiqamətində böyük işlər görüldüyünü qeyd edən millət vəkili əlavə edib ki, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə çox böyük nəhəng işlər görülməkdədir:
“Əlbəttə, ölkə prezidentinin bu ərazilərə Vətən müharibəsi bitəndən sonra dəfələrlə səfər etməsi, görülən işlərlə yerində artıq tanış olması, şəxsən nəzarət etməsi və bir daha onu göstərir ki, bu ərazilər ölkə başçısının rəhbərliyi ilə dünyanın ən gözəl, ən cənnət məkan yerlərindən birinə çevriləcəkdir. Artıq biz burada görülən işlərin çox böyük keyfiyyətlə həyata keçirilib və müasirliklə tarixi köklərimizə, bağlarımıza birləşdirilməsini biz görürük. Ən yüksək standartlarına uyğun həyata keçirilən buradakı layihələr əlbəttə ki, "Böyük Qayıdış"ın tərkib hissəsi olaraq 30 il müddətində ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza bundan sonrakı dövrdə onlar üçün ən ləyaqətli həyat təmin ediləcəkdir. Biz Ağalı kəndində açılışın birinci mərhələsində gördük ki, burada tikilmiş obyektlər, mənzillər hamısı yüksək səviyyədədir. Eyni zamanda insanların bütövlükdə rahatlığı, məmnunluğu, məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Bütün xidmətlər hansı ki, paytaxtda və digər bölgələrimizdə mövcuddur və burada ən yüksək səviyyədə qurulmuşdur. ASAN xidmət, DOST mərkəzlərinin hamısının onlayn burada xidmət göstərməsi, ən yüksək sürətli internet təminatı bura qaydacaq vətəndaşlarımızın soydaşlarımızın məşğulluğunun təmin olunması, ümumillikdə inşa edilən bütün sosial obyektlərin, məktəblərin, xəstəxanaların və digər obyektlərin hər birinin ən yüksək standartlara uyğunlaşdırılması çox yüksək keyfiyyətlə həyata keçirilməkdədir” - deyə C.Osmanov əlavə edib.
“Əlbəttə ki, ölkə başçısı dəfələrlə demişdir ki, işğaldan azad olunmuş əraziləri biz elə bərpa edəcəyik ki, bu bir nümunə olacaqdır. Ağalı kəndinin simasında biz qeyd edə bilərik ki, dünyanın ən mütərrəqqi, ən inkişaf etmiş kəndlərindən biri artıq Azərbaycanda Ağalı kəndidir. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə durmadan böyük yenidənqurma və bərpa işləri davam etməkdədir. Bu ərazilərə səfər çərçivəsində də biz görürük ki, doğurdan da burada çox böyük nəhəng işlər görülməkdədir. Heç şübhəsiz bir daha qeyd edirəm ki, ölkə başçısınınn rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri keyfiyyətinə və sürətinə görə dünya tarixində heç bir yerdə olmamışdır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı
Demokrat.az