Aİ Baydenə son liderlik dönəmində Kiyevlə bağlı müraciət edib

DÜNYA 15 noyabr 2024, 00:30
Avropa İttifaqı (Aİ) Co Baydendən ABŞ prezidentlik müddəti bitənə qədər Ukraynaya dəstəyi artırmağı xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa liderləri Kiyevi daha çox silah və artilleriya ilə təmin etməyi, həmçinin Rusiyanın əsas gəlir mənbələrinə qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş ediblər. Eyni zamanda, müraciətlərin çoxu “qeyri-rəsmi”dir.

“Baydenin tələbləri yerinə yetirmək üçün çox az vaxtı olsa da, ABŞ artıq noyabrın sonuna qədər Rusiya neft donanmasına və Şimali Koreyaya qarşı yeni sanksiyaların qəbulu üzərində işləyir”, - nəşr yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 noyabr 2024, 00:07
14 noyabr 2024, 23:58
14 noyabr 2024, 22:26
Top