Sosial media

Ekranın gizli tələsi – Fərqində deyilik

Ekranın gizli tələsi – Fərqində deyilik

Sosial şəbəkələrdə fasiləsiz məzmun izləmək və ekranı dayanmadan aşağı sürüşdürmək istifadəçilərin vaxtını fərqinə varmadan itirməsinə səbəb olur. Platformaların istifadəçiləri daha uzun müddət onlayn saxlamaq üçün hazırlanan funksiyaları isə bu vərdişi gücləndirir.

Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə saatlarla vaxt keçirmək heç də təsadüfi deyil. Platformaların bildirişləri, sonsuz sürüşdürmə funksiyası və tövsiyə alqoritmləri istifadəçiləri ekrana daha çox bağlaya bilər.

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə depressiya, narahatlıq və stresslə əlaqəli ola bilər. Xüsusilə baş verənlərdən xəbərsiz qalmaq qorxusu insanları daim telefonlarını yoxlamağa sövq edir.

Araşdırmalara görə, bəzən insanlar vaxtın necə keçdiyini hiss etmədən virtual aləmdə saatlarla qalırlar. Bəyənmə və baxış sayları isə onlarda müvəqqəti məmnunluq hissi yarada bilir.