“Bursaspor” Namik Ələsgərovla müqaviləni ləğv edib

İDMAN 12 iyn 2022, 17:48
Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namik Ələsgərovla yollarını rəsmən ayırıb.

27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namik Ələsgərov “Bursaspor”la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı.

“Timsahlar” II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top