Kissincerdən qalmaqallı bəyanat — "Rusiya artıq məğlub olub"

DÜNYA 12 iyn 2022, 09:00
"Mən 24 fevraldakı vəziyyətə qayıdışı nəzərdə tutmuşdum, ondan sonrakı işğalları tanımaq təcavüzün mükafatlandırılması olar".

Demokrat .az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davos Forumunda söylədiyi fikirlərə aydınlıq gətirən zaman deyib.

Davosda keçirilən Dünya İqtisadi Forumuna videorabitə ilə qoşulan ABŞ-ın keçmiş dövlət katibi (1973-1977-ci illərdə) və Amerika prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri (1969-1975) Henri Kissincer bildirib ki, Qərb Ukraynanı “situasiyanı qəbul etməyə” inandırmalıdır.

Onun sözlərinə görə, Qərb Rusiyanı dağıdıcı məğlubiyyətə uğratmaq səylərindən əl çəkməli, Ukrayna isə Moskvanı təhrik etməmək və sülhə nail olmaq üçün öz ərazisinin bir hissəsindən imtina etməlidir.
 
O, daha sonra qeyd edib ki, Ukrayna son aylar ərzində itirdiyi əraziləri geri qaytarmalıdır: "Ondan sonra danışıqların zamanı gələcək. Krım ayrı mövzudur və danışıqların predmeti ola bilər".

Kissincer bildirib ki, Rusiya artıq strateji baxımdan məğlub olub.

"Onun apardığı müharibə Avropada qüvvələr balansının keyfiyyət dəyişikliyinə məruz qaldığını nümayiş etdirdi. Hər kəsin gözlədiyinin əksinə olaraq, Rusiya adi silahlı qüvvələri ilə daha zəif qonşusunu məğlub edə bilmədi. Regionda qüvvələr nisbəti kardinal şəkildə dəyişdi. Ukrayna ordusu bu balansın önəmli faktorudur və onun imkanlarına Polşanın, Almaniyanın hərbi imkanlarını da əlavə edəndə mənzərə tamam dəyişir. Rusiya artıq əvvəlki güc deyil", - deyə sabiq amerikalı diplomat qeyd edib. (modern.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top